Jan 17 2018 18:14
Views: 477

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabının təqdimatı keçirilib. Kitabın ideya müəllifi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, məsləhətçisi prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. 
Kitab 3 dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunub. Nəşrdə ölkə başçısının 2003-2017-ci illər ərzində multikulturalizmin Azərbaycan modeli haqqında söylədiyi fikirlər yer alıb. Tədbirdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Torpaqları işğal altında olan Azərbaycan həm də ideoloji sahədə Ermənistanla, erməni lobbisi ilə mübarizə aparır. Düşmən Azərbaycanı dünyaya mənfi obrazda təqdim etməyə çalışır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan multikulturalizminin təbliği bu baxımdan xüsusi əhəmiyyət daşıyır.


Create Account



Log In Your Account