Apr 26 2019 14:58
Views: 227

2025-ci ilə qədər Azərbaycanda alternativ enerjinin ümumi elektrik enerjisi istehsalında payı 25-30% təşkil edəcək. Hazırda bu rəqəm 1,7%-dir. Bunu media nümayəndələrinin “Yaşma” külək elektrik stansiyası ilə tanışlıq zamanı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Bildirib ki, alternativ enerji istehsalında ötən ilin sonunda açılışı olan “Yaşma” külək elektrik stansiyasının xüsusi payı var. Belə ki, bu ilin martında “Yaşma” külək elektrik stansiyasında 11 mln. kVt/saatdan artıq elektrik enerji istehsal edilib.

Stansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb. İstehsal olunan elektrik enerjisinin ümumi enerji sisteminə ötürülməsi üçün “Yaşma” hava xəttinə qoşulmaqla “Sitalçay” yarımstansiyasına 110 kV-luq hava xətti çəkilib.

“Yeni Yaşma” külək elektrik parkı Qafqazın bu qəbildən olan parkıdır. Hazırda parkda 26 turbin fəaliyyət göstərir. Əvvəllər ölkənin alternativ  enerjidən istifadə payı 0.7 faiz idisə, bu parkın istifadəyə verilməsindən sonra  potensial 1.7 faizədək yüksəlib.

Stansiyanın idarə edilməsi, servis və istismar işlərini tamamilə yerli mütəxəssislər icra edir. Parkda alternativ və bərpaolunan enerji mənbələri üzrə kadr hazırlığı məqsədilə xüsusi Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərir.


Create Account



Log In Your Account