May 03 2019 18:58
Views: 247

“Azərbaycan mətbuatı kifayət qədər inkişaf edən realist, müstəqil, hadisələrə milli maraqlardan baxmağa qadir olan bir mediadır”. Bu fikir 3 may - Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş konfransda səsləndirilib.  Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu gün Azərbaycan mətbuatı hadisələrə milli maraqlardan baxmağa qadir olan bir mediadır.

Bildirilib ki, milli mətbuatımız  bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub. Qeyd olunub ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ zonasında 7 jurnalist Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilib.

Çıxış edənlər bu gün informasiya bolluğu şəraitində doğru məlumatın seçimi ilə bağlı fikir mübadiləsi aparıb. Medianın əsas problemlərinin iqtisadi azadlıqdan qaynaqlandığı vurğulanıb. Dövlətin çap mediasına dəstəyi qeyd olunub. Bildirilib ki, müasir Azərbaycan mətbuatı özünün möhkəm ənənələrinə söykənməli, maarifçilik ideyalarının təbliğinə geniş yer ayırmalıdır. Sosial şəbəkələrdən istifadənin artdığı indiki dönəmdə yazılı medianın vəziyyəti də müzakirə olunub.

Hər il mayın 3-də keçirilən Ümumdünya Mətbuat Azadlığı günü 1993-cü ildə təsis edilib. Bu tarixin qeyd olunması təşəbbüsülə Afrikanın yazılı mətbuat nümayəndələri çıxış edib. 3 may tarixinin seçilməsi təsadüfi deyil. Məhz bu tarixdə 1991-ci ildə Namibiyanın paytaxtı Vindukda müstəqil mətbuat nümayəndələri “Vindux bəyannaməsini” qəbul ediblər.

Azərbaycanda milli mətbuat günü iyulun 22-də keçirilir. Bu, 1875-ci ildə ilk dəfə dərc olunan “Əkinçi” qəzetinin adı ilə bağlıdır.


Create Account



Log In Your Account