Jul 10 2019 14:16
Views: 755

UNESCO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb. Mədəniyyət naziri, sessiyanın sədri Əbülfəs Qarayev bağlanış sessiyasında çıxış edərək komitə üzvlərinə, qonaqlara təşəkkürünü bildirib. Dünya İrs Mərkəzinin direktoru Mextild Rössler sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını çatdırıb və Əbülfəs Qarayevə Dünya İrs Siyahısına daxil olan bütün abidələrin yer aldığı kitabı hədiyyə edib.
Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi adi hal kimi qəbul olunmamalıdır. Sessiyanın yekunları ilə əlaqədar keçirilən brifinqdə mədəniyyət naziri Əbülfəs Qarayev belə deyib. Ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsinin olduğunu deyən nazir bu tədbirin təşkil olunmasında ən yüksək səviyyədə dəstəkləndiyini diqqətə çatdırıb. Nazir müsbət rəylərin alınması üçün bütün dövlət qurumlarının ardıcıl və fəal çalışdığını bildirib. Bakı sessiyasında UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçirilib kİ, onun da 29-u yeni naminasiyalardır. Bunun 24-ü mədəni, 4-ü təbir və 1-i qarışıq nominasiyadır.
UNESCO-nun "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"nın 20 illiyinin tamam olduğunu deyən nazir Azərbaycanın bu konvensiyaya qoşulduğunu, bununla belə bu illər ərzində orada araşdırıcı missiyanın vəziyyəti yerində araşdırılması məsələsinin Ermənistan tərəfinin razılığı olmadığından apara bilmədiyini açıqlayıb. Bu məsələ Bakıda keçirilən sessiyada iştirak etmək üçün Azərbaycana gələn UNESCO-nun yeni baş katibi Odri Azule ilə birinci vitse-prezident Mehriban Əliyevanın görüşündə də əsas müzakirə mövzusu olub. Azərbaycan beynəlxalq konvensiyanın tələblərinə hər zaman riayət edib.
Nazir bildirib ki, UNESCO mütəxəssisləri bu günlər ərzində Naxçıvan və Lənkərana səfər ediblər və bir neçə məkanla tanış olublar. Gələcəkdə həmin ərazilər iddiaçılar kimi Dünya İrs Komitəsinə təqdim olunacaq. Birbaşa naminasiyaların təqdim olunacağını da açıqlayan Əbülfəs Qarayev Yeni qaydaların UNESKO Baş Assambleyasında noyabrda qəbul ediləcəyini bildirib. Yeni qaydalara görə, namizədlər və naminasiyalar öncədən müəyyənləşdiriləcək və   ekspertlərin rəylər formalaşdıqdan sonra müzakirəyə çıxarılacaq. Bu da hər bir ölkənin hazırlıq prosesinin daha məsuliyyətlə aparılmasına nail olunacaq.
10 gün ərzində dünyanın 150-dən çox ölkəsində mədəni irs qorunması, onun konservasiyası, idarəolunması, planlaşdırılması kimi istiqamətlərdə ən sayılıb-seçilən ekspertləri, mütəxəssisləri Bakıya toplaşdı. Xarici qonaqlar üçün bu günlər ərzində tarixi yerlərin və abidələrin, şəhərlərin ziyarəti üçün şərait yaradılıb. İştirakçılar da Azərbaycanın yüksək təşkilatçılığını xüsusi qeyd edirlər.
UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyasından sonra Dünya İrs Siyahısınasinda mədəni irs nümunələrinin sayı 1121-ə çatıb. Şəki xan sarayı və şəhərin qədim mərkəzi də Dünya İrs Siyahısına salınıb. UNESCO-nun 44-cü sessiyası 2020-ci ildə  Çinin Fuçjuo şəhərində keçiriləcək.


Create Account



Log In Your Account