Jun 18 2019 19:54
Views: 287

Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası başa çatıb. “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyaya 40-a yaxın ölkənin rəsmi dövlət nümayəndələri qatılıb.  BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili sessiyanın nəticələrini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycanda turizmin inkişafı üçün gözəl potensial var və Ümumdünya Turizm Təşkilatı bu məsələdə ölkəyə dəstəyini əsirgəməyəcək.
Ümümdünya Turizm təşkilatı gələn ili Azərbaycanda kənd turizm ili elan etməyi planlaşdırır. Məqsəd ölkəmizin regionlarını dünyaya tanıtdırmaqdır.
Qeyd olundu ki, İcraiyyə şurasının Bakıda keçirilən sessiyasında Amerika Birləşmiş Ştatları 23 illik fasilədən sonra yenidən təşkilata üzv qəbul olunub.Bundan əlavə, IDEA Ictimai Birliyi ilə BMT-nin Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT-nin Ümumdünya Turizm Təşkilatını ölkəmizə daha çox turistlərin dəvət olunması üçün faydalı platforma kimi qiymətləndirir.
BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının toplantısı bu ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək. Bakıda keçirilən iclas həmin toplantıya hazırlıq baxımından da önəmli olub. Bunu Rusiya Federal Turizm Agentliyinin – “Rosturizm”in rəhbəri Zarina Doquzova deyir. İilk dəfədir Bakıda olan və şəhərə heyran qalan Zarina Doquzova bura daha çox rus turistinin gətirilməsini vacib sayır.
Azərbaycan 2001-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatına üzv qəbul edilib. 2013-cü ildən isə təşkilatın İcraiyyə Şurasında təmsil olunur. İcraiyyə Şurasının 110-cu sessiyasının iştirakçıları bu gün axşam Yanardağ kompleksi ilə tanış olacaq. Sabah isə nümayəndə heyətləri Şamaxıya səfəri planlaşdırlır.


Create Account



Log In Your Account