Jun 17 2019 18:45
Views: 1231

Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası öz işinə başlayıb. “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada turizm sahəsinin inkişafına dair məsələlər müzakirə edilir. Tədbirə 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələri qatılıb. İki gün ərzində qonaqlar ölkəmizin turizm imkanları və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmdə etik normaların vacibliyindən danışıb. Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin məhv edildiyini, işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozduğunu diqqətə çatdırıb. Eyni zamanda, son illərdə Azərbaycanda turizmin inkişafı üçün atılan addımlar, ölkə xaricində aparılan təbliğat işləri barədə məlumat verib.

Bakı sessiyasında 23 illik fasilədən sonra ABŞ yenidən təşkilata üzv qəbul olunub. Ümumdünya Turizm Təşkilatının 158 üzvü var. Azərbaycan 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur və qurumun qərar qəbul etmə prosesində fəal iştirak edir. 110-cu sessiyanın Azərbaycanda keçirilməsi ilə bağlı qərar BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının ötən il İspaniyanın San-Sebastian şəhərində keçirilmiş 108-ci sessiyasında qəbul olunub.


Create Account



Log In Your Account