Feb 27 2019 18:04
Views: 487

Əslən Laçından olan Habil Nəsibov 1990-cı ildə Dağlıq Qarabağ müharibəsi alovlananda cəbhə bölgəsinə könüllü yollanıb. Buna qədər Rusiyada hərbi xidmətdə olan Habil 3 il ərzində sərrast atıcı kimi qaynar nöqtələrdə vətən borcunu yerinə yetirib. 1993-cü ildə başından güllə yarası alıb, əlil olub. Habil hazırda II qrup Qarabağ əlili olaraq prezident təqaüdü və hərbi qulluqçular üçün nəzərdə tutulan sosial müavinət alır. Bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə təqaüdlərinin artırılması xəbəri onun üçün sürpriz olub.

Hazırda ev növbəsində olan Qarabağ əlili bu məsələnin də yaxın zamanda həll olunacağına inanır. Prezident İlham Əliyevin fevralın 25-də imzaladığı əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə təqbirlər haqqında sərəncamı ümumilikdə 570 min nəfəri sevindirib ki, bunlardan da 265 mini Habil Nəsibov kimi əlildir. Bu sərəncamın icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlavə 400 milyon manat ayrılacaq. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli CBC-yə müsahibəsində bildirib ki, bu  sərəncamın əhəmiyyəti təkcə sosial müavinətlərin arıtırlması ilə məhdudlaşmır.

Nazirin müşaviri bildirib ki, gələcəkdə sosial təkliflər paketinin genişləndirilməsi də nəzərdə tutulur və dövlət başçısının tapşırığına əsasən yeni islahatların aparılması istiqamətində iş aparılır.


Create Account



Log In Your Account