May 03 2019 18:45
Views: 709

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimin əsas mərhələsi başlayıb.  Azərbaycan tərəfdən təlimin rəhbəri, İlqar Lətifov bildirib ki, təlimin taktiki mövzusu hər iki dövlətin ordusunun taktiki qruplarının müdafiə olunan düşmənin üzərinə keçərək onun darmadağın edilməsi və düşmən mövqelərinin dərinliklərini, yüksəklikləri, ərazi qismini ələ keçirərək möhkəmlənməkdir.

Təlimdə qarşıya qoyulan əsas tapşırıqlardan biri iki ölkənin ordusunun qarşılıqlı fəaliyyəti və idarəetmənin təşkil olunmasıdır. Təlimin gedişində iştirak edən şəxsi heyət də bilmədən taktiki şərait bir neçə dəfə dəyişdirilib. Şəxsi heyət bundan nəticə çıxararaq qarşılıqlı fəaliyyətin hərtərəfli təminatı və idarəetmə suallarını yüksək səviyyədə yerinə yetirib.

Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsidir. Eyni zamanda, təlimlər Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq, təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və anlaşmasını yüksək səviyyədə təmin etmək məqsədilə keçirilib.


Create Account



Log In Your Account