Mar 01 2018 18:24
Views: 1154

Azərbaycanda qış mövsümünə xas olan kəskin respirator infeksiyalar qeydə alınır. Belə xəstəliklərin miqyası geniş olmasa da, əhalini narahat edir. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Afaq Əliyeva bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin respirator infeksiyalı xəstələrin sayında 10 faizdən yuxarı azalma müşahidə olunur. Buna baxmayaraq, xəstəliyin kifayət qədər yayıldığını demək olar.
Bu cür xəstəliklərin geniş yayılmasına insanların müqavimətinin aşağı olması da səbəb olur. Dünya üzrə göstəriclərə görə, təxminən 10 faizin bədən müaviməti güclüdür. Amma əhalinin  10 faizində immun çatışmazlığı müşahidə olunur. Yerdə qalanların sağlamlığı öz əlindədir. İmmuniteti qaldırmaq üçünsə mütləq qidalanamyaa xüsusi diqqət yetirilməlidir.  
Mütəxəssis bildirir ki, yerli-yersiz antibiotik qəbulu da immunitetə güclü zərbə vurur. Təəssüf ki, Azərbacyan əhalisi yüngül xəstəlikləri də antibiotiklə müalicə edir. Bu isə insanların müqavimətini zəiflədir. Surxay Musayev hesab edir ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da antibiotiklər apteklərdə reseptlə satılmalıdır.
1 mart - dünya immunitet günündə məhz bu məsələlər gündəmə gətirilir, insanlara müqaviməti artırmaq üçün hansı vasitələrdən istifadə olunmasına dair məlumat verilir. Azərbaycan Tibb Universitetində keçirilən toplantıda da qeyd olundu ki, xüsusilə uşaqların immunitetini gücləndirmək, onların qidalanmasına diqqət yetirmək lazımdır. Çünki uşaqlar istənilən xəstəliklərdə olduğu kimi immun çatışmazlığına da həssas olurlar. Əgər immunitetlə bağlı problem aradan qaldırılmasa, pis nəticələr verir.


Create Account



Log In Your Account