Dec 24 2018 18:54
Views: 424

Rusiya və Azərbaycan arasında münasibətələri strateji tərəfdaşlıq kimi qiymətləndiririk. Bunu 2018-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib. bildirib ki, iki ölkə arasında əməkdaşlıq üçün geniş perspektivlər var.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinə toxunan səfir 2019-cu ildə münaqişənin həlli üçün daha uğurlu mühit olacağına ümid etdiyini deyib.
Azərbaycan və Rusiya arasında əməkdaşlığın 2019-cu il üçün prioritetləri artıq bəllidir. Bunlar əsasən 2018-ci ildə əldə olunan razılaşmaların icrasından ibarətdir. Mixail Boçarnikov bu ilin avqustunda Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanmasını yüksək qiymətləndirib. Bildirib ki, sənəd qarşıdakı illərdə nəqliyyat təşəbbüslərinin reallaşdırılması üçün yaxşı imkanlar açır. Gələn il iki ölkə arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın inkişafı da prioritet olacaq.
İndi Rusiya və Azərbaycan demək olar ki, bütün sahələrdə əməkdaşlıq edir. siyasi, iqtisadi, hərbi-texniki sahədə əməkdaşlıq, humanitar əlaqələr inkişaf edir. azərbaycan rusiyalı turistlər üçün əsas cəlbedici ölkələrdən biridir. yalnız bu il ərzində Rusiyadan Azərbaycana 800 min turist gəlib. İndi Azərbaycanda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının açılması üzərində iş gedir. CBC kanalının Rusiya-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində fəaliyyəti yüksək qiymətləndirilib. Səfir Mixail Boçarnikov kanalın əməkdaşı Xəyalə Məmmədovanı xüsusi diplomla təltif edib.


Create Account



Log In Your Account