Dec 12 2018 18:07
Views: 364

Bu gün Azərbaycan  özünün dinamik inkişaf və sabitliyi ilə sanki Heydər Əliyevin xatirəsinə hörmətini ifadə edir. Tanınmış jurnalist Mixail Qusman Heydər Əliyevin atdığı hər bir addımın dövlətin fundamentini möhkəmləndirdiyini xatırladır. Bu inkişafın başlanğıcı hələ 1969-cu ildə - Heydər Əliyevin Azərbaycan Kommunist Partyasının birinci katibi təyin edilməsilə qoyulmuşdu. O, Azərbaycan qarşısında elə böyük miqyasda və səviyyədə tapşırıqlar qoymuşdu ki, tezliklə ölkə Sovet İttifaqı respublikaları arasında lider mövqeyinə keçdi.

Mixail Qusman “Hakimiyyət düsturu” proqramı üçün Azərbaycanın milli liderindən müsahibə alanda, Heydər Əliyev onda unudulmaz təəssürat doğurub.

Bundan sonra Mixail Qusman televiziya kanalının rəhərliyinə müraciət edərək bir yox, iki veriliş etmək istədiyini deyir. Jurnalist həmin söhbətin bütün məqamlarını efirə verə bilmədiyinə çox təəssüflənir.

Heydər Əliyevin sayəsində Azərbaycan bu gün dünyanın ən dimanik inkişaf edən ölkələrindən birinə çevrilib. Mixail Qusman hesab edir ki, bu kontekstdə həm dünya ictimaiyyəti, həm də dünya siyasətçilərinin nəzərləri getdikcə Azərbaycana doğru daha çox yönəlir.   


Create Account



Log In Your Account