May 24 2019 19:08
Views: 368

Əvvəllər şəxsiyyət vəsiqəsini dəyişmək üçün vətəndaşın özü dövlət qurumlarına müraciət edirdi. Bundan sonra isə hökumət portalının özü vəsiqənin dəyişdirilməsi vaxtının çatdığını vətəndaşa xəbərdarlıq edəcək. Bu, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi təmin edən My.gov portalı sayəsində mümkün olacaq. İlkin olaraq 19 dövlət xidməti, 7 bildiriş xidməti portal üzərindən təqdim olunacaq.

My.gov portalı İyunun 1-dən işə düşəcək. Vətəndaşlar, sahibkarlar, fiziki və hüquqi şəxslərin hər biri burada qeydiyyatdan keçməklə elektron hökumət portalının xidmətlərindən yararlana biləcək. Bu sistemdə kabinet yaratdıqdan sonra digər dövlət qurumlarının saytında qeydiyyatdan keçməyə ehtiyac qalmayacaq. Çünki bütün qurumlar bu portalda əhatə olunacaq.

Portal vasitəsilə xarici pasport, sürücülük vəsiqəsi, digər sənədlərin dəyişdirilməsi vaxtının çatmasına dair xəbərdarlıqlar, etibarnamələrin hüquqi statusu haqqında, şəxs barəsində məhkəmənin başlamasına dair məlumatları, borcu olan şəxsin ölkədən çıxışının məhdudlaşdırılmasına dair bildirişlər göndəriləcək. Şəxsin öz kabinetindən apardığı bütün əməliyyatların arxivi də olacaq.


Create Account



Log In Your Account