Jun 14 2019 15:37
Views: 322

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Baku Steel Company” MMC-də “Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilənin rolu” mövzusunda seminar-müşavirə keçirib. Səhiyyə Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin, işəgötürənlərin iştirakı ilə keçirilən tədbirdə cixiş edən  Baku Steel Company MMC vitse-prezidenti  Ramin Kərimov bildirib ki, prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin əsas xəttini qeyri-neft sektorunun inkişafı təşkil edir.

Ramin Kərimov eyni zamanda Daşkəsəndə qurulacaq metallurgiya kompleksindən də bəhs edib. Bildirib ki, yaradılacaq kompleksdə xammal kimi Daşkəsən filiz yataqlarindan da istifadə ediləcək. Bununla da olkəmizdə 700 min ton polad təbəqələrinin istehsalı nəzərdə tutulur. Bunun  400 min tonu daxili tələbatı odəməyə imkan verəcək.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov  işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının önəmini qeyd edib. Sonra əməyin mühafizəsinə dair video-çarx nümayiş olunub.     


Create Account



Log In Your Account