Jan 13 2018 18:24
Views: 979

Milli İncəsənət Muzeyində Höte İnstitutunun dəstəyi ilə “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri" adlı sərgi üzrə “açıq qapı” günləri keçirilir. İki gün ərzində Bakı sakinləri və paytaxtın qonaqları muzeyin fondunda olan nadir incəsənət nümunələrilə yanaşı, Londondakı Viktoriya və Albert muzeyində, Berlin islam incəsənəti muzeyində, eləcə də Avropa və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan XVI-XVIII əsrlərə aid zəngin eksponatlarla tanış ola bilərlər. Sərginin keçirilməsi ideyası sənətsünaslar Alberto Boralevi və Əsli Səmədovanın iki illik tədqiqatlarının nəticəsində yaranıb. Eksponatlar 4 zalda sərgilənir.
Sərgi çərçivəsində macar dizayner Janet Jirmayın icad etdiyi musiqi mücrüsünü işə salmaqla tikmələrin naxışlarında kodlaşdırılan melodiyaları dinləmək olar. “Səslərin musiqi”si əl sənəti, dizayn və musiqinin ahəngini özündə ehtiva edir.


Create Account



Log In Your Account