Oct 31 2019 13:58
Views: 121

Azərbaycanda əhalinin müxtəlif təbəqələri üçün nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində yeni layihəyə start verilib. “Nağdsız cəmiyyət günləri” adı altında həyata keçirilən layihənin əsas məqsədi  nağdsız iqtisadiyyat və onun üstünlükləri haqqında cəmiyyətin maarifləndirilməsi, təbliğat təşviqat layihələrinin həyata keçirilməsi, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi baxımından əlverişli platformanın formalaşdırılmasıdır.
Paralel olaraq bank və bank olmayan təşkilatlar vasitəsilə nağdsız ödənişlər sahəsində təbliğat və təşviqat layihələrinin keçirilməsi nəzərdə tutulur. İnternet üzərindən müxtəlif bankların ödəniş kartlarının ödənişsiz əsasda təqdim edilməsi, müxtəlif bonus layihələri həyata keçiriləcək. Bu gün Azərbaycanda 27 bank və poçt rabitəsi mobil operatoru internet bankçılıq xidməti, 23 bank mobil bankçılıq xidmətini təqdim edir. Dövriyyədə 7,5 milyon bank kartı var ki, bunun da 1,2 milyonu təmassız ödəniş kartlarıdır.
Şəhər sakinləri də əsasən kommunal ödənişləri və bank ödənişlərini nağdsız şəkildə etdiklərini dedilər. Nağdsız ödəniş imkanlarının artırılmasını istiyənlər də az deyil.
Ümumilikdə 10 təqvim gününü əhatə edəcək layihə çərçivəsində bank sistemində son trendlərdən olan açıq bankçılıq və onun tətbiqi perspektivlərinin qiymətləndirilməsi məqsədilə “Open Banking Meetup” adı altında tədbir keçiriləcək. Noyabrın 6-7-də isə IV Beynəlxalq Bankçılıq Forumu təşkil olunacaq. Elektron ekosistemində yeni trendlərin, elektron ödənişlərdə təhlükəsizlik kimi məsələlərin müzakirə ediləcəyi forumda yerli və xarici ekspertlərin iştirakı gözlənilir.

 


Create Account



Log In Your Account