Jun 14 2019 15:02
Views: 327

Pos-terminalla ödənişdən imtinaya görə Azərbaycanda məsuliyyət müəyyən edilməyib. Bu isə bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə POS-terminallardan istifadədən yayınmağa şərait yaradır. Bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsində deyib. Bildirib ki, Vergilər Nazirliyi nağdsız ödənişdən imtinaya görə məsuliyyət müəyyən olunmasını dəstəkləyir. Mikayıl Cabbarov bununla bağlı parlamentə çağırış edib.
Vergilər naziri yeni nəsil nəzarət kassalarının tətbiqi məsələsinə toxunaraq bildirib ki, bu istiqamətdə işlər davam edir. Mikayıl Cabbarov nağdsız ödənişlərlə bağlı stimullaşdırıcı tədbirlərin tətbiqinin sürətləndirilməsinə ehtiyac olduğunu deyib.
Mİlli Məclisin plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi də müzakirə edilib. Sənəd ikinci oxunuşda qəbul olunub. ötən il büdcənin gəlirləri 22 milyard 508 milyon manat, xərcləri isə 22 milyard 731 milyon manat olmaqla təsdiq edilib.

 


Create Account



Log In Your Account