Aug 09 2019 18:13
Views: 557

Mərkəzi Bank ölkədə nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlərlə yanaşı adminstrativ mexanizmlərin də mövcud olması üçün təkliflər irəli sürüb. Bu təkliflər müvafiq qurumlara bildirilib. Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Emil Rüstəmov CBC-yə müsahibəsində bu barədə məlumat verib. Nağdsız ödənişlərin inkişafı üçün ölkədə pos-terminalların sayının artırılmasının vacib olduğunu deyən Mərkəzi Bank rəsmisi bildirib ki, böyük ticarət mərkəzləri ilə yanaşı, əksər təsərrüfat müəssisələrində də pos-terminallar quraşdırılmalıdır. Bu aparatları quraşdırmayan və ya buna süni maneələr yaradan sahibkarlara qarşı inzibati tədbirlər nəzərdə tutulmalıdır.

Mərkəzi Bankın nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə həyata keçirdiyi tədbirlər də öz nəticəsini verib. Belə ki, son 3 ildə internet və mobil bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi təqribən 13 dəfədən çox artıb. İnternet bankçılıq yoli ilə aparılan əməliyyatlar da 10 dəfəyə yaxın çoxalıb.

Əhalinin nağdsız ödəməyə marağını artırmaq, bunu gündəlik normaya çevirmələri üçün bir sıra tədbirlər həyata keçirilir. Emil Rüstəmov qeyd edir ki, vacib faktorlar biri də nağdsız ödənişlərin ictimai nəqliyyatda istifadəsidir.

Azərbaycan Mərkəzi Bankı qeyri-nağd ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işlərini davam etdirəcək.  nağdsız ödənişlərin inkişafı məqsədilə həyata keçirilən və geniş əhali təbəqəsini əhatə edən stimullaşdırıcı lotereya, eləcə də təbliğat kampaniyası böyük marağa səbəb olub. Bu kimi tədbirlər davamlı olacaq.


Create Account



Log In Your Account