May 02 2019 19:05
Views: 617

Azərbaycanın ən böyük özəl bankı PAŞA Bank dünyanın ən böyük aviaşirkətlərindən biri Türk Hava Yolları ilə tərəfdaşlığa başlayıb. Azərbaycan maliyyə bazarında birinci dəfə olaraq PAŞA Bank Türk Hava Yolları ilə ko-brendinq formatında PAŞA Bank Miles&Smiles kartını müştərilərə təqdim edir. Bu məhsulun bazara çıxarılması ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsinin dəstək strategiyasının davamıdır.

Bildirilib ki, əsas məqsəd  bankı 10 milyon Miles&Smiles üzvlərini, 60 proqram tərəfdaşlarını və 143 tərəfdaş brendləri özündə ehtiva edən Türk Hava Yolllarının platformasına əlavə etməklə onlara üstünlüklərdən bəhrələnmək imkanı verməkdir. Qeyd olunub ki, bu təşəbbüs daha geniş tərəfdaşlıq üçün böyük zəmin yaradacaq.

Kart sahibləri ticarət və xidmət obyektlərində ödənişləri nağdsız həyata keçirmək, mil qazanmaq və toplanan milləri Türk Hava Yollarının 308 uçuş istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edir. Müştəri Bankın tərəfdaş şəbəkəsində Miles&Smiles kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da əldə edəcək. Kartdan istifadə zamanı  otel rezervasiyası, avtomobil icarəsi, istirahət və alış-veriş ödənişləri zamanı 35 faizə qədər endirimlərdən faydalanmaq imkanı da təqdim olunur. Kartın  digər bir özəlliyi də kart sahibinə ilkin ödəniş müqabilində əlavə bonus millər, eyni zamanda, öncədən aviabilet və ya digər xidmətlərə dəyişmək üçün əlavə millər hədiyyə olunması imkanıdır.


Create Account



Log In Your Account