Sep 20 2018 16:03
Views: 525

NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bunu Bakıda səfərdə olan Şimali Atlantika Alyansının Baş katibinin müavini Rouz Qottemüller deyib. 
“NATO qanunun aliliyi mövqeyindən çıxış edən alyansdır. Biz BMT-nin Nizamnaməsi və ATƏT-in Helsinki yekun aktını vacib hesab edirik. Eyni zamanda, ölkələrin ərazi bütövlüyünü və münaqişələrin sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayırıq. 02.30 Biz Dağlıq Qarabağ Minsk qrupu həmsədrlərinin münaqişəsinin həlli istiqamətində səylərinə dəstək verməyə davam edirirk, eyni zamanda  Azərbaycan və Ermənistan hökumətlərinin sülh yollarının axtarışı üzrə səylərini dəstəkləyirik”. 
NATO baş katibinin müavini “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda keçirilən beynəlxalq konfransa da qatılıb. O Azərbaycanla Şimali Atlantika Müqaviləsi Təşkilatı arasında əməkdaşlığın əhəmiyyətini də qeyd edib.
“NATO Azərbaycan kimi tərəfdaşı olmaqdan çox məmnundur. Biz Azərbaycanın maraqlarına xidmət edən birgə layihələr üzərində daim işləyirik. Mən həmçinin Azərbaycanın müdaifə sahəsində fəaliyyət göstərən institutlarının möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətimizi də qeyd etmək istərdim. Hesab edirik ki, biz bu layihələrlə Azərbaycanın dünyanın bu hissəsində həlledici oyunçulardan biri kimi inkişafına kömək edə bilərik”.  
Konfransda çıxış edən Ailə, qadın və uşaq probleməri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova beynəlxalq təşkilatları münaqişə zamanı fiziki və psixoloji zorakılığa məruz qalmış qadınların problemlərinə diqqət yetirməyə çağırıb.
“27 ildən çoxdur ki, Azərbaycan ərazisinin bir hissəsi, dağlıq Qarabağ və ətrafındakı 7 rayon Ermənistanın işğalı altındadır. Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Onların 400 mindən çoxu qadın, 300 mindən çoxu isə uşaqlardır”. 
Rouz Qottemüller  Azərbaycanın terrorizmlə mübarizə sahəsində fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycanın Əfqanıstanda xidmət edən hərbçilərinin sayını  artıraraq sülhməramlı missiyanı dəstəkləməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Create Account



Log In Your Account