Sep 24 2019 19:00
Views: 233

Qazaxıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10 illiyi münasibətilə dəyirmi masa keçirilib. Beynəlxalq Türk Akademiyasında keçirilən toplantıda sazişin əhəmiyyəti, Türk Şurası, TÜRKPA, Beynəlxalq Türk Akademiyası kimi təşkilatların fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov Naxçıvan Sazişinin türkdilli dövlətlərin əməkdaşlığında yeni bir səhifə açdığını bildirib.

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop türk dünyasının beynəlxalq münasibətlərdə güclü aktora çevrilməsinin vacibliyini və bu prosesdə bu il 10 illiyi qeyd olunan Naxçıvan Sazişi ilə qurulan ortaq regional təşkilatların rolunu vurğulayıb.


Create Account



Log In Your Account