Jul 11 2019 17:04
Views: 741

 “Azərbaycanda şərabçılıq sahəsində böyük potensialı mövcuddur”. Bunu Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda Fransız Şirkətlər Birliyinin prezidenti Jofrua De Bezyo bildirib. O, Azərbaycan şərablarının Fransaya ixrac edilməsinin vacibliyini qeyd edib.  “Azərbaycan şərabları rəqabətqabiliyyətlidir”.De Bezyo həmçinin Azərbaycanın böyük turizm potensialının olduğunu deyərək bu potensialdan Fransa şirkətlərini yararlanmağa çağırıb.  İqtisadiyyat naziri Şahin Mustafayev isə qeyd edib ki, Azərbaycan Fransa iqtisadiyyatına 2,6 milyard ABŞ dolları, Fransa isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar investisiya qoyub. Hazırda ölkəmizdə 45 fransız şirkəti fəaliyyət göstərir.  
Şahin Mustafayev  ölkələr arasında həm siyasi, həm də iqtisadi əlaqələrin inkişaf etdiyini, bu günə qədər 70-ə yaxın sənədin imzalandığını qeyd edib.
Forumda qeyd olunub ki, Fransa şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan 34 layihədə podratçı qismində iştirak edib. Kənd təsərrüfatı, təhsil, turizm və digər sahələri əhatə edən 150-dən çox iş adamının qatıldığı tədbirdə iqtisadi əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

 


Create Account



Log In Your Account