Jul 13 2019 16:21
Views: 217

“Ermənistan Azərbyacan Dağlıq Qarabağ münaqişəsində status kvo qəbul edilməzdir”. Bunu xarici işlər naizinin müavini Xələf Xələfov Fransa Milli Gününə həsr olunmuş tədbirdə deyib.  Xələf xələfov həmçinin ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın konfliktin tezliklə sülh yolu ilə həll olunmasına səylərini artıracağına ümüd ütdiyini qeyd edib.

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe isə bildirib ki, iki ölkə arasında siyasi dialoq daha da intensiv xarakter alıb. Bu da Azərbaycanın  yürütdüyü daxili və xarici siyasətin çox planlı olmasımnda irəli gəlir. Səfir azərbyacanın səylərinin xəzəryanı bölgədə stabilliyə verdiyi töhfələrdən də danışıb.

Aureliya Buşe sentyabr ayında Fransa-Qafqaz Dostluq qrupunun Azərbaycana səfər edəcəyini də qeyd edib. Azərbaycanda təxminən 50-yə qədər Fransa şirkətləri fəaliyyət göstərir. Bu şirkətlər enerji, kənd təssərüfatı, aviasiya kimi sahələrdə, ümumi dəyəri 2 milyard dollar olan 27-dək layihədə iştirak edib.  “AzerSpace-1” və “AzerSpace-2” peykləri məhz   Fransa Qvianasından səmaya buraxılıb.


Create Account



Log In Your Account