Jan 22 2020 20:54
Views: 145

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Gənclər və İdman naziri Azad Rəhimov gənclərə müraciət edib. Nazir bildirib ki, “Yüksəliş” müsabiqəsi karyera pilləsində yüksəlmək istəyən, istedadlı, özünə güvənən gənclər üçün bir şansdır. Aydın fikri, kreativ düşüncələri, qətiyyətli xarakteri olan, XXI əsrin tələblərinə cavab verən, müasir bacarıqlara sahib gənclər irəli çıxmalı, ölkənin taleyüklü məsələlərinin həllində, dövlətin idarə edilməsində iştirak etməlidirlər. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsində 21-51 yaşlı, ən azı 2 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər. Müsabiqəyə qeydiyyat fevralın 2-nə qədər davam edəcək.


Create Account



Log In Your Account