Jan 22 2019 18:27
Views: 490

Azərbaycanda aqrar xidmətlər elektronlaşdırılacaq. Bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib. Bildirib ki, Aqrar Xidmətlər Agentliyi xidmətlərin vahid idarəetməsini həyata keçirəcək.

 “Bildiyiniz kimi, cənab prezidentin fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin yanında olan 4 xidmət birləşdirilərək, Aqrar Xidmətlər Agentliyi yaradılıb. Aqrar Xidmətlər Agentliyi həm də dövlət büdcəsinə qənaət etməklə idarəetməni daha təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Eyni zamanda, cənab prezidentin fərmanı ilə aqrar sahədə xidmətlərin elektronlaşdırılması da nəzərdə tutulur. Və bu istiqamətdə aqrar xidmətlər informasiya sistemi də formalaşdırılacaq”.

 


Create Account



Log In Your Account