May 22 2019 19:04
Views: 293

Azərbaycan ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri Zakir Həsənov təlimlərin gedişini izləyib. Nazir qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib, qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində poliqonlarda səhra şəraitində yaradılan təminat məntəqələrində fəaliyyətlər davam edir. Müxtəlif məntəqələrdə döyüşə hazırlıq və döyüş əməliyyatları zamanı şəxsi heyətin ideoloji və mənəvi-psixoloji hazırlığı həyata keçirilir, onlara psixoloji yardım göstərilir, o cümlədən hərbi qulluqçulara beynəlxalq humanitar hüquq mövzusunda ilkin biliklər verilir. Fəaliyyət göstərən səhra tibb məntəqəsində təcili və davamlı tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi, təxliyə və digər tibbi tədbirlər praktiki icra olunur.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub. Düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi təlimin əsas mövzusudur.

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri mayın 24-dək davam edəcək.


Create Account



Log In Your Account