Oct 15 2019 14:18
Views: 264

"Azərbaycanda 2003-cü illə müqayisədə Ümumi Daxili Məhsul 3,4 dəfə, orta əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb". Bunu Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlrinə görə Minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması və digər tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verib. Sahil Babayev vahid “e-sosial” portalı vasitəsilə vətəndaşların əmək, məşğulluq, əlillik, sosial müdafiə və sosial təminatla bağlı tam məlumat əldə edə, 100-dən çox xidmət növündən yararlana bildiyini deyib. Qeyd edib ki, pensiya sistemi ilə bağlı yol xəritələri də hazırlanır.
Sahil Babayev bildirib ki, Sahibkarlıq subyektlərin onitorinqin olması biznesin inkişafı üçün çox geniş imkanlar yaradır və onlar üzərində olan administrativ yük azaldılır.Onun sözlərinə görə, yoxlamaların həyata keçirilməsi sahəsində inzibati praktikaların təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur:
Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirlər nəticəsində oktyabr ayının 1-nə olan məlumata görə, özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5% artıb. Sahil babayevin sözlərinə görə, bu sektorda əmək haqqı fondu 33,4% artıb. Bu il özünüməşğulluq proqramı əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub. Yaxın vaxtlarda Əməyin Mühafizəsi Fondu da fəaliyyətə başlayacaq.
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Məqsəd üzv dövlətlərdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində görülən işlər müzakirələrin, məlumat və təcrübə mübadilələrinin aparılmasıdır.


Create Account



Log In Your Account