Oct 24 2019 18:38
Views: 398

Bakı sabah dünya miqyaslı bir tədbirə - Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. Zirvə görüşündən əvvəl isə hərəkatın xarici işlər nazirlərinin hazırlıq iclası baş tutub. Bu iclasın yekunu və sammitə hazırlıqla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva CBC-nin suallarını cavablandırıb. 

L.Abdullayeva qeyd edib ki, hazırlıq iclasında dörd əsas sənəd mətni razılaşdırılaraq Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə toplantısına təqdim olunub. Ümumilikdə, 1000 bənddən oibarət 500 səhifəlik geniş bir mətn razılaşdırılıb.  


Create Account



Log In Your Account