Apr 16 2019 14:15
Views: 218

Vyana görüşündən sonra Moskva görüşünün keçirilməsi münaqişənin tənzimlənməsi isitiqamətində müzakirələrin daha da intensivləşməsinə dəlalət edir. Ötən gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşün nəticələrini şərh edən politoloqlar belə deyir. Onlar bu görüşü xüsusi bir hal kimi qiymətləndirirlər. Çünki öncəki görüşlərdən fərqli olaraq Moskva görüşü ATƏT-in formatı çərçivəsində  deyil, məhz Moskvanın təşəbbüsü ilə həyata keçirilib.

Bəyanatda yer alan məqamlara gəlincə, ekspert burada hansısa yeniliyin olmadığını bildirir. Politoloq Elxan Şahinoğlu da qeyd edir ki, görüşdə münaqişənin həlli istiqamətində detallı müzakirə aparılmayıb. Əsasən humanitar məsələlərdən danışılıb ki, bunlar arasında diqqət çəkən məqamlardan biri - Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili ilə bağlıdır.

Qeyd edək ki, görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər haqqında fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT həmsədrlərinin birgə bəyanatı qəbul edilib. Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, faydalı keçən görüşdə bəzi təkliflər səsləndirilib, indiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələlər konkret şəkildə müzakirə olunub. Bununla belə, ekspertlər düşünür ki, münaqişənin əsaslı həlli üçün atılacaq ilk addım Ermənistanın silahlı qvvələrinin işğal altında olan Azərbaycan torpaqlarından çıxarması olmalıdır.


Create Account



Log In Your Account