Jan 13 2018 18:22
Views: 782

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın ikinci yarısına planlaşdırılan 2018-ci ildə ilk görüşündən gözləntilər o qədər də böyük deyil. Siyasi ekspertlər bunu Ermənistandakı siyasi vəziyyətlə əlaqələndirirlər. Millət vəkili, politoloq Aydın Mirzəzadə deyir ki, bu ilin mart ayında Ermənistanda siyasi rejimin dəyişməsi gözlənilir. Onların qəbul etdiyi konstitusiyaya görə, icraedici hakimiyyət prezidentdən baş nazirə keçəcək. Ermənistanın həm cəmiyyətinin, həm siyasi elitasının diqqəti bu hadisələrə yönəldiyindən Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa ciddi bir dəyişikliyin olmasını gözləmək inandırıcı deyil.


Create Account



Log In Your Account