Apr 18 2019 14:27
Views: 481

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü Vaşinqtonda ola bilər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada polşalı həmkarı ilə keçirdiyi mətbuat konfransında məlumat verib. Bildirib ki, ABŞ tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün Vaşinqtonda görüşməyi təklif edib. Elmar Məmmədyarov Moskva görüşündə müzakirə olunan məsələləri xatırladıb və bildirib ki, danışıqlarda irəliləyiş lazımdır.
«Deyə bilmərəm ki, nikbin əhval-ruhiyyədəyəm. Amma realist danışsaq, deyə bilərəm ki, səylərimizi ikiqat artırsaq, münaqişənin həllində irəliləyişə nail ola bilərik. Artıq Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir. Mən burda Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı barədə ifadə olunan mövqeyi yüksək qiymətləndirirəm. Ümid edirəm ki, Ermənistan rəhbərliyi mövcud status kvonun nəinki qəbuledilməz olduğunu, eyni zamanda davamlı olmadığını qəbul edəcək”.  

 


Create Account



Log In Your Account