Apr 05 2019 18:51
Views: 254

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “İnci” qanun qrupu Hindistanda keçirilən “Word Sacred Spirit” festivalında Azərbaycanı təmsil edib.Fransa-Azərbaycan  Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Hindistanın məşhur Naqaur və Mehrangah qalasında təşkil olunan beynəlxalq festivalda Azərbaycan musiqisi və rəqsləri nümayiş olunub. “Bayatı-Şiraz” təsnifi  və “Nəlbəki” rəqsi böyük maraqla qarşılanıb. “Nəlbəki” rəqsini  Fransada yaşayan  uyğur əsilli rəqqasə Müqəddəs Mijitin ifa etməsi musiqi nömrəsinə xüsusi rəng qatıb.

Əməkdar artist Təranə Əliyevanın rəhbərlik etdiyi “İnci” qanun qrupu “Telli durnalar” və Reyhan mahnılarını da ifa edərək, fesyivalın favorit qrupu kimi Hindistan mediasının diqqətini çəkib. Hindistanın  televiziya və saytları “İnci qanun qrupu”nun əsrarəngiz ifaları haqqında geniş reportajlar hazırlayıblar.


Create Account



Log In Your Account