May 21 2019 19:16
Views: 392

Bakıda ilk dəfə olaraq incəsənət əsərlərinin hərracı keçirilib. İlk hərracda  ümumilikdə beş lot satılıb, ən bahalı lot Mir Azər Abdullayevin "Sürət" əsəri olub, 3300 manata satılıb. Auksionda xalq rəssamı Böyükağa Mirzəzadənin "Səhnə arxasında", xalq rəssamı Maral Rəhmanzadənin "Göl", "Lənkəran" tabloları, Tofiq Cavadovun "Kamal Əhmədin portreti" və başqa əsərlər hərraca çıxarılsa da satılmayıb.  Qeyd edək ki, hərrac Mədəniyyət Nazirliyinin Dövlət Rəsm Qalereyasının və "Auction Baku" MMC arasında imzalanmış memorunduma əsasən keçirilib.


Create Account



Log In Your Account