Mar 25 2020 19:16
Views: 197

Avropada koronavirusun sürətlə yayıldığı ölkələrdən biri Niderlanddır. Son sutkada bu ölkədə 63 nəfər dünyasını dəyişib. Ölənlərin sayı 276-ya çatıb. 5 min 560 nəfərdə virusun olduğu təsdiqlənib. Beləliklə, ötən gün virusun aşkarlandığından bəri Niderlandda ən çox ölüm faktının qeydə alındığı gün olub. Amma xəstəlik əlaməti olan heç də hamı koronavirus yoxlamasından keçməməsinə görə, əslində virus daşıyıcılarının daha çox ola biləcəyi qeyd olunur. Ölən insanların 55-97 yaş arasında olduğu bildirilib. Niderland hökumətinin əvvəldən sərt məhdudlaşdırmalar tətbiq etməməsi ölkədə tənqidlərə səbəb olub. Artıq qadağalar sərtləşdirilir. 

Niderlanddakı diaspor təşkilatlarından verilən məlumata görə, bu ölkədə yaşayan soydaşlarımız arasında virusa yoluxma halına dair məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Niderland Baş Naziri Britaniya təcrübəsini təkrarlamağı, cəmiyyətdə virusa qarşı immunitet yaranmasını gözləməyi təklif edib. Lakin həkimlər Baş Nazirin planını bəyənməyiblər və ölkədə koronavirusa qarşı immunitet yaranması üçün bir neçə onilliyin lazım gəldiyini bildiriblər. Ölkədə ərzaq dükanlarına insanların girişi də məhdudlaşıdılıb. İçəridə sıxlıq yaramnanası üçün alıcılar hissə-hissə dükanlara buraxılır. Gəlirlərini itirən sahibkarlar hökumətdən kompensasiya tələb edir. Lakin bununla bağlı rəsmilərdən müsbət açıqlama yoxdur.


Create Account



Log In Your Account