Dec 18 2018 14:21
Views: 424

Azərbaycandakı karqo şirkətləri Çindən mal gətirən müştərilərinə müraciət edib. Müraciətdə yeni qaydalara əsasən, bundan sonra Çindən Azərbaycana yalnız orijinal malların gətirilməsinə vasitəçilik ediləcəyi bildirilib.Daha dəqiq desək  Çindən yalnız satıcının məhsulun orijinallığı haqqında verdiyi təsdiqedici sənəd əsasında məhsul göndərmək mümkün olacaq.Ekspertlərin fikrincə hazırda  sənaye və geyim mallarına görə Çin istehsalı Azərbaycan bazarının hələ də əsas seqmentini təşkil edir. Bununla yanaşı keyfiyyət standartlarına uyğun olmayan məhsulların payı  da kifayət qədər çoxdur.Bu baxımdan yeni tələblər bazara yalnız keyfiyyətli çin məhsullarının gətirilməsinə şərait yaradacaq.

Çin Azərbaycanın əsas ticarət tərəfdaşalrından biri sayılır.Ölkəyə əsasən elektron avadanlıqlar,geyim və sənaye malları  idxal edilir.Ekspertlərin fikrincə  keyfiyyət standartlarının artması  xərclərin və qiymətlərin  də artımı ilə müşahidə oluna bilər. Amma bunun qarşılığında bazara keyfiyyətsiz malların daxil olmasının  qarşısı əhəmiyyətli dərəcədə alınacaq.

Son üç ildə Çinlə Azərbaycan arasında ticarət dövrüyyəsi bir neçə dəfə artıb. Ötən  il ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20 faiz artaraq 1,3 milyard dollara çatıb. 2017-ci ildə Çindən Azərbaycana 850 milyon dollardan çox dəyərdə məhsul idxal edilib.


Create Account



Log In Your Account