Jul 07 2020 18:35
Views: 547

İndiyədək koronavirus infeksiyasından sağalan insanların 1 faizi belə immumplazma donoru olmaq üçün müraciət etməyib. Bunu Mərkəzi Qan Bankının mütəxəssisi Xəyalə Qafarova deyib. O qeyd edib ki, bütün dünyada immumplazmanın koronaviruslu xəstələrə köçürülməsi özünü təstiqləmiş metod hesab olunur. Bu üsulla infeksiyanı ağır şəkildə keçirən insanlar müalicə olunur. Odur ki, bəzi koronaviruslu xəstələrə bu plazma hava, su qədər önəmlidir.

Mərkəzi Qan bankı koronavirusdan sağalan insanları donor olmağa çağırır. Mütəxəssislər bildirir ki, daha çox kişilər və ya hamiləlik keçirməyən qadınlar plazma donorluğuna uyğun hesab olunur. Üstəlik donorların yaş həddi də önəmlidir. Yalnız 18 yaşına çatmış və yaşı 60-a qədər olan sağlam insanların plazması köçürülür. Donorlar 1 saatdan da az vaxt sərf edərək bir neçə insanın həyatını xilas edə bilərlər.

Ekspertlərin apardığı araşdırmalar koronavirusdan sağalan insanlardan plazmanın  götürülməsinin donorun immum sisteminə təsir etmədiyini ortaya çıxarıb. Üstəlik bu proses ağrılı deyil.

Qan bankının mütəxəsissi istifadə olunan bütün ləvazimatların steril olduğunu qeyd edib. Bu da donor olmaq istəyən şəxslərə əlavə infeksiya keçməsi ehtimalını 0-a endirir.


Create Account



Log In Your Account