Jul 31 2019 18:48
Views: 224

“Azərbaycanda özəl sektorda sürətli inkişafa nail olunub. Bu istiqamətdə kompleks islahatlar həyata keçirilib”. Bunu “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirdi. Qeyd etdi ki, indiyədək Sahibkarlığın İnkişafı Fondu 36 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verib. Bu layihələrin ümumi dəyəri 5,2 milyard manatdan çoxdur.

Dövlətin sahibkarlara ayırdığı kreditlər hesabına 166 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb. Bu kreditlərin 74%-i regionlarda, 26%-i Bakının qəsəbələrində fəaliyyət göstərən iş adamlarına verilib. Ayrılan vəsaitin 68%-i aqrar sektorun, 32%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. 52 mindən çox sahibkarın iştirakı ilə 396 işgüzar forum keçirilib.

Tədbirdə Sahibkarlığın İnkişaf Fondunun Biznes İnkibasiya Mərkəzinin qeydiyyatda olan startapçıları müxtəlif sahələrə aid layihələrini də təqdim etdilər.

Sahibkarlığın İnkişafı Fondu ilə Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi - KOSGEB arasında anlaşma memorondumu imzalandı. Artıq iki qurum arasında təcrübə mübadiləsi aparılacaq.

Sonda Sahibkarlığın İnkişaf Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və sahibkarlar müxtəlif nominasiyalar üzrə təltif edildilər.


Create Account



Log In Your Account