Aug 21 2019 15:07
Views: 90

Amerika Birləşmiş Ştatlarının İrana qarşı tətbiq etdiyi sanksiyalar, eləcə də Çinlə olan ticarət müharibəsi dünya enerji bazarında risklər yaradır. Atlantik Şurasının Qlobal enerji mərkəzinin direktoru Randolf Bell CBC-nin Vaşinqton bürosuna müsahibəsində belə deyib. Onun sözlərinə görə, son bir neçə ay ərzində enerji bazarlarına təsir edən əsas amil ilk növbədə ABŞ və Çin arasındakı ticarət gərginliyindən qaynaqlanan mümkün qlobal tənəzzül riskləridir. Bu, özünü birjalarda aydın şəkildə göstərir.

Ekspertin sözlərinə görə, ABŞ-ın neft ixracı ilə bağlı tətbiq etdiyi sanksiyalar və qərarlar nə qədər təsirli olsa da, neft bazarında başqa amillər də mühüm rol oynayır. Bura ilk növbədə tələb və təklif aiddir. İndi neftin qiymətinin enməsi ilə bağlı əsas bədbin gözlənti qlobal iqtisadi böhranla bağlıdır. 

Amerikalı ekspertin fikrincə, qlobal iqtisadiyyatda artım sürəti zəifləməyə davam edərsə, neft qiymətlərində eniş də davamlı olacaq. Bununla belə neft bazarı çoxsaylı qısamüddətli geosiyasi sarsıntılara davamlıdır.

Digər tərəfdən, OPEC və tərəfdaş ölkələrin qiymətləri sabitləşdirmək cəhdləri bazarda tarazlığı təmin edir. Xüsusilə, aşağı neft qiymətlərinin arzuolunmaz olduğu Rusiya və Səudiyyə Ərəbistanının istehsalı azaltması qiymətin kəskin enməsinə imkan vermir.

 


Create Account



Log In Your Account