Nov 07 2019 18:47
Views: 82

Neft Daşları hələ uzun illər Azərbaycan neft sənayesinə töhfə verməkdə davam edəcək. Bunu CBC-nin efirində SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. Onun sözlərinə görə, Neft Daşları həm də Xəzərin Azərbaycan sektorundakı digər neft yataqları üçün qovşaq rolunu oynayır. Belə ki, “Azəri-Çıraq-Günəşli” blokunda hasil olunan neft və qaz Neft Daşlarından keçməklə borular vasitəsilə sahilə ötürülür. İbrahim Əhmədov dənizdə neft hasilatı ilə bağlı digər maraqlı məqamlara da aydınlıq gətirib.


Create Account



Log In Your Account