Nov 07 2019 19:09
Views: 96

Neft Daşlarında ilk neftin çıxarılmasının 70-ci ildönümü münasibəti ilə SOCAR rəhbərliyi və şirkətin işçiləri milli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Müstəqil Azərbaycan dövlətçilyinin memarı, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış, yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Daha sonra SOCAR-ın Baş ofisində təntənəli mərasim keçirilib. SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, Neft Daşlarının fəth edildiyi dövrdə dəniz neftçilərinin ilk nəslinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq sonrakı nəsillər üçün örnəkdir.  
Rövnəq Abdullayev bildirib ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər müstəqil Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət kəsb edən Azəri Çıraq Günəşli və digər yataqların kəşf olunmasında həll edici rol oynayıb.
Bu gün neft daşları yatağı yeni intibah dövrünü yaşayır. 2018-ci ildə yataq üzrə hasilat 20 faiz artıb. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə uzun illər çalışdığı Neft Daşlarının şanlı inkişaf tarixindən danışıb. 
Tədbirin sonunda “Əsrin müqaviləsi”nin 25 illiyi münasibəti ilə fəxri adlara layiq görülən neftçilərə mükafatlar təqdim edilib.  

 


Create Account



Log In Your Account