Aug 31 2019 19:03
Views: 181

Bu ilin 7 ayı ərzində kimya sənayesi məhsullarının ixracı 57,2 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu,  40,9 faiz artım deməkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac İcmalı”nın avqust buraxılışında bu barədə məlumat verilib. 
2019-cu ilin ikinci rübündə SOCAR üzrə neft və neft-kimya məhsullarının ixracında 48 faizlik müşahidə olunub. Enerji məsələlri üzrə ekspert Emin Axundadə artımı Socar Polymer layihəsi çərçivəsində polipropilen zavodu, yüksək sıxlıqlı polietilen zavodu, Karbamid zavodunun istismara verilməsi ilə əlaqələndirir. 
Ekspert xatırladır ki, Socar Metanol zavodunda istehsal olunan metanolun həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3,3 dəfə artıb. Bu zavodda istehsal olunan metanolun demək olar 97-98 faizi xarici ölkələrə ixrac olunduğundan, bu da ixrac həcminin artımına səbəb olunur. Emin Axundzadə qeyd edir ki, hazıda dünyada neft kimya məhsullarına böyük tələbat var. 
Bu gün dünya bazarında neft-kimya sektorundakı qiymətlərdə neft sektorunda olduğu qədər qiymət dalğalanmaları müşahidə edilmir. Buna görə də Azərbaycanın emal sektoruna, neft-kimya sektoruna yatırdığı investisiyalar öz bəhrəsini verməkdədir. 
Emin Axundzadənin fikrincə, bu rəqəmlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə, eyni zamanda ixrac gəlirlərinin artmasına nail ola bilir. Neft-kimya məhsullarında ixrac potensialımızın artması eyni zamanda Azərbaycan iqtisadiyyatında gəlirlərin atmasına, əlavə dəyərin artırılmasına öz mühüm töhfəsini verir.


Create Account



Log In Your Account