Apr 23 2019 14:25
Views: 425

Azərbaycan Dövlət Neft Şirkətinin Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksi - SOCAR-GPC-nin inşasına 2020-ci ilin I rübünün sonunda başlanılması planlaşdırılır. bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda "SOCAR Polymer" MMC-nin maliyyə direktoru Rauf Quliyev bildirib.Onun sözlərinə görə, layihənin yekun investisiya qərarının bu ilin IV rübündə qəbul olunması gözlənilir.SOCAR-GPC kompleksinin 2023-cü ilin III rübündə istismara verilməsi planlaşdırıldırlır. Rauf Quliyev SOCAR Polymer layihəsində işlərin gedişi barədə də məlumat verib.

Forum iştirakçıları Xəzər və Mərkəzi Asiyanın dünya enerji xəritəsindəki roluna diqqət çəkib. Azərbaycanın regionda neft-qaz sahəsində ən böyük tədbirlərdən birini təşkil etməsi yüksək qiymətləndirilib.

IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu”nu  Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkəti SOCAR-ın dəstəyi ilə təşkil edib.  Dünyanın 22 ölkəsindən 300-dən nümayəndənin qatıldığı forum aprelin 25-də başa çatacaq.


Create Account



Log In Your Account