Nov 02 2019 17:55
Views: 167

Bu gün hava şəraitinin kəskinləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən məlumat verilib. Bildirilir ki, hazırda 150-ə yaxın əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib. Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyətə nəzarət edilir.


Create Account



Log In Your Account