Jan 03 2019 18:07
Views: 382

OPEC və təşkilata üzv olmayan ölkələrin hasilatın azaldılması barədə əldə etdiyi razılaşma yeni ildən qüvvəyə minib.  Bu razılaşmaya əsasən, ilin birinci yarısında  neftin gündəlik hasilat səviyyəsi 1.2 milyon barel azaldılmalıdır. Bu, dünyada neft hasilatının ümumilikdə 3,04 faiz azaldılması deməkdir. 
Hasilatın azaldılması üzrə ən böyük həcmlər Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin payına düşür. Təxminən bir ay əvvəl açıqlanan bu qərar ilk günlər enerji bazarlarında neftin qiyməinin bir qədər qalxmasına səbəb oldu. Həmin vaxt “Brent” markalı neftin bir barelinin qiyməti 63 dollar yarıma kimi artsa da, sonradan yenə də neftin qiymətindən enmə müşahidə olundu. Ekspetlər qeyd edirlər ki, neftin qiymətinin həddən artıq ucuz olması idxalçı ölkələrə də sərfəli deyil.
Neftin qiymətinin azalmasının səbəbləri çoxdur. Bura neft hasil edən ölkələrin hasilatı artırıb rekord həddə çatdırması, Beynəlxalq Valyuta Fondunun proqnozları aiddir. Əlbəttə siyasi səbəblər də var. Bu məsələdə təklif və tələbatın arasında balansın olmaması da ciddi rol oynayır.
2019-cu ildə neftin qiymətinin necə olacağı ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Bu ilin energetika sahəsi üçün təlatümlü keçəcəyi gözlənilir.
Proqnozlar ondan ibarətdir ki, gələn il neftin qiymətində bazar qiyməti 60-65 dollar intervalında dəyişəcək. Bəzi hallarda qiymət 55 dollara qədər azala bilər. Hətta 50 dollara qədər azalacağı istisna edilmir. Əgər OPEC hasilatın daha da azadlılması ilə bağlı qərar qəbul etməzsə, o zaman qiymətin 45 dollara düşməsi belə mümkündür. 
Ekspertlər hesab edirlər ki, yaz və yay aylarında neftə tələbatın yenidən artması müşahidə olunacaq. Bu da qiymətə birbaşa təsir göstərəcək. İstənilən halda, bu il neftin qiymətində nə kəskin artım, nə də azalma olacaq. Bütün hallarda ekspert və beynəlxalq qurumlar neftin qiymətinin 55-65 dollar intervalında dəyişəcəyini güman edirlər. 
Qeyd edək ki, Azərbaycan OPEC-ə üzv olmayan ölkə olaraq qurumun hasilatın azaldılması ilə bağlı qərarlarında iştirak edir və öhdəliklərini yerinə yetirir. OPEC-ə üzv və qeyri-üzv dövlətlərin növbəti birgə görüşünün Bakıda keçiriləcəyi gözlənilir. Bakıda keçiriləcək görüşdə neft bazarının tarazlığa qaytarılması barədə danışıqlar aparılacaq. Hələliksə neftin qiymətində azalmalar müşahidə olunur. Bu günə olan məlumata görə, dünya birjalarında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,58 dollar ucuzlaşaraq 54,33 dollar təşkil ed


Create Account



Log In Your Account