Jun 20 2019 19:20
Views: 264

Bu ilin ən yaxşı internet layihələri məlum olub. Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY-nin mükafatlandırma mərasimi keçirilib. NETTY bu il həm də 15 illik yubileyini qeyd edir.

Seçilən İT layihələr ən maraqlı, rahat və təhlükəsiz hesab edilənlərdir. Seçimləri həyata keçirən münsiflər heyəti peşəkarlardan təşkil olunub.

Ümumilikdə bu il  15 nominasiyada qalib və mükafatçıların adlarına aydınlıq gəlib. Bunlar iqdisadiyyat və biznes, elm və təhsil, mədəniyyət və incəsənət, xəbər və informasiya sahələridir. Bir mükafat da var ki, informasiya texnologiyalarının inkişafına şəxsi töhfənin verilməsi nominasiyasında təqdim olunur.

Sənayənin inkişafı ilə yeni nominasiyalar yaranır. Ötən ildən etibarən ən yaxşı videolayihələr seçilir. Daha bir il öncə sosial şəbəkələrdə ən yaxşı kontenti olan səhifələrin müəllifləri də mükafatlandırlır. Bu ilin yeniliyi isə turizm və istirahət nominasiyasında mükafatın təyin edilməsi olub.


Create Account



Log In Your Account