Jun 13 2019 15:27
Views: 186

“Azərkosmos” və Sil. innovasiya mərkəzinin birgə həyata keçirdiyi “NewSpace” startap akselerasiya proqramının Final günü keçirilib. Proqram kosmik xidmətlər və yaxın sahələrdə innovativ startap layihə və məhsullarının aşkar edilməsi, onların investisiya-maliyyə vəsaitlərinə və bazara çıxışının asanlaşdırılmasına dəstək məqsədilə həyata keçirilib.  “NewSpace” Biznes Akselerator proqramına 2018-ci ilin oktyabrında start verib. 40 müraciət arasından seçilmiş 10 potensiallı startap 2019-cu ilin yanvar-may aylarında proqramda iştirak edib. Ən yüksək nəticə göstərən 5 startap Final mərhələsinə vəsiqə qazanıb. Final günündə 3 qalib startap müəyyənləşib.


Create Account



Log In Your Account