Nov 04 2019 18:52
Views: 346

Hеydər Əliyеv аdınа Neft Emalı Zavodunun əsаs tехnоlоji qurğulаrındа еyni vахtdа aparılan irimiqyаslı təmir işləri yekunlaşıb və artıq son sazlama işləri aparılır. Bunu CBC-yə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. Onun sözlərinə görə, illik təmir işlərinin başa çatması zavodun istehsalının bərpasını mümkün edir.

İbrahim Əhmədovun sözlərinə görə, təmir işlərinin gedişatının daha aşağı tempdə aparılması zavodda paralel olaraq aparılan modernləşdirmə işləri ilə bağlıdır. NEZ-də modernləşdirmə işləri, istifadə müddəti 20 ildən 50 ilədək olan qurğuların yeniləri ilə əvəz olunması və müasirləşdirilməsini nəzərdə tutur. Mövcud qurğuların işlədiyi müddətdə yeni qurğuların tikilməsi və digərlərinin təmir olunması layihəni kifayət qədər mürəkkəb edir.

Regionun yeganə neftayırma kompleksi olan SOCAR-ın NEZ-də illik təmir işləri oktyabrın 4-dən etibarən start götürüb. Zavod Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.


Create Account



Log In Your Account