Mar 06 2019 18:16
Views: 224

Mərkəzi Bank problemli kreditlərin həlli ilə bağlı prosesin davam etdiyi müddətdə dövriyyədə pul kütləsinin və inflyasiyanın artmaması üçün bütün alətlərdən istifadə edəcək. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib. Bildirib ki, bunun üçün banklara valyuta mövqelərini bağlamaq üçün veriləcək güzəştli kreditlərin bir qismi qiymətli kağızlarla əvəz olunacaq.

Elman Rüstəmov qeyd edib ki, birinci mənbə kimi büdcə vəsaitləri nəzərdə tutulur. Artıq büdcədə bununla bağlı maliyyə mənbəyi var, emissiya xarakteri daşımır. Lakin Mərkəzi Bank istənilən halda pul kütləsini tənzimləmək üçün öz alətlərindən istifadə edəcək.

Elman Rüstəmov problemin kreditlərin həlli ilə bağlı qərarı Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı siyasətinə təsir göstərməyəcəyini qeyd edib. Vətəndaşlara problemli kreditlərlə bağlı veriləcək kompensasiyanın nağd şəkildə deyil, kart vasitəsilə ödənilməsi nəzərdə tutulur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı sosial şəbəkə vasitəsilə vətəndaşların suallarını cavablandırarkən belə deyib. Bildirib ki, vətəndaşların kompensasiyanı almaq üçün banklara getməsinə ehtiyac qalmayacaq. Hazırda bu mexanizmin üzərində iş aparılır. Kompensasiyaların vətəndaşlara əlçatan, sadə üsulla ödənilməsi təmin ediləcək. Vüsal Qasımlı bildirib ki, fərmanda göstərildiyi kimi martın 15-nə qədər Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank kompensasiyaların verilməsi mexanizmini hazırlayıb dövlət başçısına təqdim edəcək.

Vüsal Qasımlı canlı yayımda vətəndaşların suallarını cavablandırıb. Eyni zamanda, fərmanda göstərilən restruktirzasiya qaydası ilə bağlı məqamlar izah olunub.


Create Account



Log In Your Account