Jul 02 2019 18:34
Views: 184

Dövlət Neft və Sənaye Universiteti İsrail səfirliyi ilə birlikdə informasiya təhlukəsizliyinə dair tədris mərkəzi yaradıb.  Mərkəz oktyabr ayından ilk dinləyicilərini qəbul edəcək. Tələbələr 3 ixtisas üzrə təhsil alacaqlar. Bunlar kiber təhlükəsizlik, proqramlaşdırma dilləri və Dijital-marketinq ixtisaslarıdır. Ümümlikdə, mərkəzdə 90 tələbənin dinləyici qismində qəbulu gözlənilir.

İlk olaraq Azərbaycan Neft və Sənaye Universitetinin tələbələrinin mərkəzə qəbulu planlaşdırılır. Kursların davamiyyəti ixtisasdan asılı olaraq 3 aydan 10 ayadək olacaq. Təşkilatçılar 3 və 4 cü kurs tələbələrinə mərkəzdə təhsil almağı təklif edir. Gələcəkdə orta təhsilli şəxslər də mərkəzdə dinləyici qismində dünyanın ən qabaqcıl İT mütəxəssislərindən öyrənmək şansını əldə edəcəklər.


Create Account



Log In Your Account