Apr 11 2019 18:57
Views: 318

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevə “Şərəf” ordeni təqdim  olunub. Çingiz Abdullayev bildirib ki, son 3-4 gündə ona müxtəlif ölkələrdən  6 orden təqdim olunub, amma onun üçün ən yüksək mükafat Azərbaycan dövlətinin ona verdiyi ordendir. O, bu mükafatı avans olaraq qəbul edəcəyini deyib və bundan sonra daha çox məsuliyyət hiss etdiyini və dayanmadan çalışacağını bildirib. Ordeni təqdim edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, dünyada elə ölkə yoxdur ki, həmin ölkənin kitabxanalarında Çingiz Abdullayevin əsərləri olmasın. Nazir bildirib ki, Çingiz Abdullayev Azərbaycanın çox güclü təbliğatçısına çevrilib.


Create Account



Log In Your Account