May 16 2018 14:17
Views: 670

Bu yazıçının əsərləri dünyada Tolstoy və Şekspirdən sonra ən çox oxunan əsərlərdir. Onun kitabları bütün dünyada 100 milyondan çox tirajla çap olunub. Bütün dövrlərin yazıçısı sayılan yazarı Çingiz Aytmatovun 90 illik yubileyidir. Yazıçının “Əlvida, “Gülsarə”, “Dəniz kənarı ilə qaçan alabaş”, “Gün var əsrə bərabər”, “Cəmilə” povestləri və romanları ona dünya şöhrəti gətirsə də, Nobel mükafatı almayıb.
Azərbaycan üçün də son dərəcə doğma, yaxın olan Aytmatovun əsərləri Azərbaycan dilinə tərcümə edilib, bir neçə əsəri ölkəmizdə kütləvi tirajla çap olunub. Türkdilli Ölkələrin Parlament Assambleyasının dəvəti ilə Bakıya gələn yazıçının oğlu deyir ki, Azərbaycan xalqının bu sevgisi qarşılıqlı olub.
Türkdilli Ölkələrin Parlament Assambleyasında təşkil olunan yubiley tədbirində qeyd olundu ki, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, bütün türk dünyasının sevimli yazarıdır. Aytmatov öz əsərlərində təkcə qırğızların yox, ümumilikdə türk xalqlarının etnosunu, adət-ənənələrini təbliğ edib. Aytmatov üçün ədəbiyyatda əsas mövzu” – insan və insana sevgi olub.
Tədbir iştirakçıları görkəmli yazıçının dünya ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar. Onunla dostluq edən ictimai xadimlər isə dünya şöhrətli ədiblə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Çingiz Aytmatov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. İndi isə yazıçının adının əbədiləşdirilməsi üçün digər addımlar atılması da təklif olunur. Bununla bağlı tədbir iştirakçıları adından prezidentə müraciət də oxundu.
“Çingiz Aytmatovun dostlarının görüşünün” iştirakçıları TURKPA-nın binasının foyesində dünya şöhrətli yazıçının yaradıcılığını əks etdirən  foto sərgi ilə tanış olDular. Bu il ərzində Bakıda Aytmatovun 90 illiyi ilə əlaqədar digər tədbirlərin keçirilməsi də planlaşdırılır


Create Account



Log In Your Account